ABŞ nin ilk prezidentinin saçı 4000 dollara satıldı

24.11.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun saçı hərracda 4000 dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, hərracı “Richmond Auctions” şirkəti təşkil edib.
Şirkətin məlumatına görə, saç 1799-cu ildə ölümündən bir qədər əvvəl Vaşinqtonu evində qonaq edən Con Qedsbiyə məxsus olub. Qedsbi saçları çərçivəyə salıb.
Qedsbi Virciniya ştatının Aleksandriya şəhərində yaşayıb və Vaşinqton ad gününü iki dəfə, 1798 və 1799-cu illərdə orada qeyd edib.
Daha sonra saç kolleksiyaçı Con S. Lattimerin əlinə keçib. O, saçı Con Qedsbinin aiəslindən alıb.
Saçın son sahibinin kimliyi isə açıqlanmayıb.
Qeyd edək ki, Corc Vaşinqton İnqilab Müharibəsi zamanı Amerika qoşunlarına komandanlıq edib, ABŞ Konstitusiyasının hazırlanmasına kömək edib və ölkənin ilk prezidenti olub. O, 1789-cu ildə vəzifəyə başlayıb və iki müddətdən sonra 1797-ci ildə vəzifəsindən ayrılıb.
Vaşinqtonun saç telləri bir neçə kolleksiyada qorunub saxlanılıb. Keçmiş prezident iqamətgahı olan Maunt Vernon Muzeyinə görə, orada ən azı 50 belə nümunə var.
Muzeyin məlumatına görə, 19-cu əsrdə dostların və ailənin saç tellərini qoruması və nümayiş etdirməsi xüsusilə populyar olub. Bu ənənə Vaşinqton ailəsi də daxil olmaqla, varlı Amerika ailələri arasında da geniş yayılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью