ABŞ nin ilk prezidentinin saçı 4000 dollara satıldı
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun saçı hərracda 4000 dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, hərracı “Richmond Auctions” şirkəti təşkil edib.
Şirkətin məlumatına görə, saç 1799-cu ildə ölümündən bir qədər əvvəl Vaşinqtonu evində qonaq edən Con Qedsbiyə məxsus olub. Qedsbi saçları çərçivəyə salıb.
Qedsbi Virciniya ştatının Aleksandriya şəhərində yaşayıb və Vaşinqton ad gününü iki dəfə, 1798 və 1799-cu illərdə orada qeyd edib.
Daha sonra saç kolleksiyaçı Con S. Lattimerin əlinə keçib. O, saçı Con Qedsbinin aiəslindən alıb.
Saçın son sahibinin kimliyi isə açıqlanmayıb.
Qeyd edək ki, Corc Vaşinqton İnqilab Müharibəsi zamanı Amerika qoşunlarına komandanlıq edib, ABŞ Konstitusiyasının hazırlanmasına kömək edib və ölkənin ilk prezidenti olub. O, 1789-cu ildə vəzifəyə başlayıb və iki müddətdən sonra 1797-ci ildə vəzifəsindən ayrılıb.
Vaşinqtonun saç telləri bir neçə kolleksiyada qorunub saxlanılıb. Keçmiş prezident iqamətgahı olan Maunt Vernon Muzeyinə görə, orada ən azı 50 belə nümunə var.
Muzeyin məlumatına görə, 19-cu əsrdə dostların və ailənin saç tellərini qoruması və nümayiş etdirməsi xüsusilə populyar olub. Bu ənənə Vaşinqton ailəsi də daxil olmaqla, varlı Amerika ailələri arasında da geniş yayılıb.
Bu mövzuda digər xəbərlər:ABŞ nin son sentləri 16,7 milyon dollara satıldı
17 Dekabr 2025 19:23
Sabah Neftçi matçına 4000 bilet satıldı çempiondan azarkeşlərə sürpriz
16 May 2026 23:09
ABŞ də dinozavr qalıqları 50 milyon dollara satıldı
15 İyul 2026 09:35
Ferrari nin ilk elektromobili hərracda 40 milyon dollara satıldı VİDEO
16 Avqust 2026 20:33
ABŞ da Pokemon kolleksiyaçısının kartı 16,5 milyon dollara satıldı
16 Fevral 2026 22:52
Baxış sayı:100
Bu xəbər 24 Noyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















