Icma.az bildirir, Sherg.az portalına istinadən. İran və ABŞ arasındakı münasibətlər uzun illərdir gərgin olaraq qalır.
Səbəb kimi əsasən İranın İsrailə qarşı düşmən mövqeyi və nüvə proqramı göstərilir. Lakin məsələ göründüyü qədər sadə deyil.
İran bölgədə bəzən ABŞ və İsrailin maraqlarına dolayısı ilə xidmət edən addımlar atır.
Keçmişdəki İran-İraq müharibəsi, Əfqanıstan və İraqda baş verən hadisələr, Suriyadakı vəziyyət buna nümunədir.
Gərginlik isə davam etməkdədir. Belə bir şəraitdə bölgədə yeni bir müharibə regionun qonşu ölkələri üçün böyük risklər yarada bilər.
Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında uzun müddətdir davam edən İran-ABŞ arasındakı gərginlikdən söz açıb:"İran və ABŞ-nin arasında münasibətləri gərgin saxlayan ilk amil İranın İsrailə münasibətidir.
Təl-Əvivin himayədarı rolundakı ABŞ-nin İranın nüvəni İsrailə qarşı hazırladığını iddia etməsi və bundan imtinanı tələbi vəziyyəti zahirən gərgin saxlayırdı.
Əslində isə həqiqət belədir ki, İran bölgədə və dünyada müsəlman ölkələrini daimi gərgin və narahat saxlamaq üçün Qərbin planları üzrə qurulmuş bir rejim tərəfindən idarə olunur.