Icma.az
close
up
RU
ABŞ nin İranı vurması mümkünsüzdür: İsrail Tehranın əsas qarantıdır

ABŞ nin İranı vurması mümkünsüzdür: İsrail Tehranın əsas qarantıdır

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İran və ABŞ arasındakı münasibətlər uzun illərdir gərgin olaraq qalır. Səbəb kimi əsasən İranın İsrailə qarşı düşmən mövqeyi və nüvə proqramı göstərilir. Lakin məsələ göründüyü qədər sadə deyil. İran bölgədə bəzən ABŞ və İsrailin maraqlarına dolayısı ilə xidmət edən addımlar atır. Keçmişdəki İran-İraq müharibəsi, Əfqanıstan və İraqda baş verən hadisələr, Suriyadakı vəziyyət buna nümunədir. 

Gərginlik isə davam etməkdədir. Belə bir şəraitdə bölgədə yeni bir müharibə regionun qonşu ölkələri üçün böyük risklər yarada bilər. 


Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında uzun müddətdir davam edən İran-ABŞ arasındakı gərginlikdən söz açıb:


"İran və ABŞ-nin arasında münasibətləri gərgin saxlayan ilk amil İranın İsrailə münasibətidir. Təl-Əvivin himayədarı rolundakı ABŞ-nin İranın nüvəni İsrailə qarşı hazırladığını iddia etməsi və bundan imtinanı tələbi vəziyyəti zahirən gərgin saxlayırdı. Əslində isə həqiqət belədir ki, İran bölgədə və dünyada müsəlman ölkələrini daimi gərgin və narahat saxlamaq üçün Qərbin planları üzrə qurulmuş bir rejim tərəfindən idarə olunur. Bu, özünü keçmiş, 8 illik İraq - İran savaşında da göstərib. Bu, İsrailin və ABŞ-nin "İrana düşmən" olmalarına baxmayaraq ona külli məbləğdə və miqdarda hərbi yardımı ilə müşaiyət olunub. Habelə ABŞ-nin Əfqanıstan və İraqa daxil olmasında İranın müstəsna "əməyi" olub. Eyni zamanda Suriyada sabiq Əsəd rejimini ayaqda saxlamaqla İsrailin və ABŞ-nin bir çox dərin ideoloji maraqlarına böyük xidmət göstərib. Əslində heç nə göründüyü kimi deyil. İran Həması təhrik edib savaşa çəkməsəydi, proksi qüvvələrin əli ilə məlum vəziyyəti yaratmasa idi indi İsrailin baş naziri Netanyahu Qəzzada şəkil çəkdirə bilməzdi. İran Həmasın İsrailə qarşı heç bir faydalı əməliyyat keçirə bilməyəcəyini, başa düşdüyü halda gərginlik və savaş yaratmaqla İsrailə zəmin hazırlayıb. İsrail də hazırda Qəzzanı yeksan edərək nəzarətə götürüb. Amma İran artıq İsrail üçün eyni vəziyyəti Suriyada yarada bilmir. Çünki Suriyada hakimiyyət dəyişdi və Türkiyə tərəfindən himayə edilən güclər gəldi". 


Ekspert ABŞ və İsrailin İranı dəfələrlə xəbərdar etdiyini söyləyib: 

"İran bir neçə uğursuz cəhd etdi ki, hazırkı Suriya hakimiyyətini devirsin, lakin baş tutmadı. Nuseyri, Ələvi və Əsəd yanlılarını İsraillə birgə hərəkətə keçirdilər, lakin nəticə olmadı. Bundan sonra ABŞ-nin yadına İranın "nüvə proqramı düşdü". İrandan tələb budur ki, Yaxın Şərqdə İsrail və ABŞ-nin maraqlarına əvvəlkindən daha effektiv dəstək və dolayı xidmət göstərilsin. İsrail Fələstini tam, qonşu ölkələrin də yarısını ələ keçirməyincə ABŞ-nin İranı vurması, rejimi devirməsi mümkün deyil. Çünki İran quru təhdidlə, müxtəlif yollarla İsraildə qırğın törətməsi üçün ən əlverişli şəraiti yaradan gücdür. İsrailin bu qədər toxunulmazlıq və güc qazanmasının əsl səbəbi "İran təhdidi"dir. İranın öz daxilində əhalinin birliyini təmin etməsinin, daxili üsyanların güc yolu ilə yatırılmasının, ağır sosial-iqtisadi vəziyyətin sığortalanmasının da qarantı İsraildir. Beləcə topu bir-birinə ötürərək maraqlarına xidmət edirlər. Düşmənçilik onlara dostluqdan daha çox şey qazandırır. Hər bir halda hərbi müdaxilənin biz də tərəfdarı deyilik. Çoxmilyonluq soydaşlarımız var, iqtisadi-ticari əlaqələr mövcuddur, qaçqın-köçkün axını baş verə bilər ki, bunların fonunda da bölgədə yeni münaqişə ocağı meydana gəlmiş olar. Həmçinin sonu bəlli olmayan hərb meydanında alovun qonşulara sıçraması ehtimalı da böyükdür. İranın yerində ABŞ və İsrail təbii ki, ilk öncə Türkiyəyə qarşı olan bir qurum təsis edə bilər ki, bu da həm Türkiyə, həm də bizim üçün təhdiddir. ABŞ prezidenti İranla yaranan bu vəziyyətdən qalib çıxmalıdır ki, verdiyi vədlərin heç olmasa birini həll etmiş olsun".


Politoloq sonda Trampın Ukrayna savaşını dayandırmağa, Həmas - İsrail məsələsini yoluna qoymağa söz verdiyini lakin hələ ki, bir nailiyyətinin olmadığını, İran məsələsində isə nəsə əldə edərək bu etimadı doğrultmağa çalışdığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Aprel 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri