Icma.az, Redaktor.az saytına istinadən bildirir.
ABŞ-nin İrana qarşı aviazərbələr endirməsi qaçılmaz hesab olunmur.
Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri amerikalı rəsmi şəxslərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Pentaqon İranın mümkün cavab addımları və potensial uzunmüddətli münaqişə ehtimalı fonunda İsraili, ABŞ hərbi qüvvələrini və ərəb müttəfiqlərini qorumaq məqsədilə regiona əlavə hava hücumundan müdafiə (HHM) vasitələri yerləşdirir.
Qeyd olunur ki, əgər müvafiq əmr bu gün verilsə, ABŞ ordusu İrana qarşı yalnız məhdudmiqyaslı aviazərbələr həyata keçirə bilər. Lakin ABŞ prezidenti Donald Trampın hərbçiləri çağırdığı həlledici zərbənin endirilməsi, böyük ehtimalla, Vaşinqtondan İranın cavab hücumlarından müdafiə olunmaq üçün güclü hava hücumundan müdafiə sisteminin yaradılmasını tələb edəcək.
Aytəkin TOFİQQIZI