ABŞ ordusu İrana qarşı yalnız məhdudmiqyaslı aviazərbələr həyata keçirə bilər
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
ABŞ-nin İrana qarşı aviazərbələr endirməsi qaçılmaz hesab olunmur.
Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri amerikalı rəsmi şəxslərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Pentaqon İranın mümkün cavab addımları və potensial uzunmüddətli münaqişə ehtimalı fonunda İsraili, ABŞ hərbi qüvvələrini və ərəb müttəfiqlərini qorumaq məqsədilə regiona əlavə hava hücumundan müdafiə (HHM) vasitələri yerləşdirir.
Qeyd olunur ki, əgər müvafiq əmr bu gün verilsə, ABŞ ordusu İrana qarşı yalnız məhdudmiqyaslı aviazərbələr həyata keçirə bilər. Lakin ABŞ prezidenti Donald Trampın hərbçiləri çağırdığı həlledici zərbənin endirilməsi, böyük ehtimalla, Vaşinqtondan İranın cavab hücumlarından müdafiə olunmaq üçün güclü hava hücumundan müdafiə sisteminin yaradılmasını tələb edəcək.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 02 Fevral 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















