ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc həyatına son qoydu

17.09.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc İslamlı Turan Fehruz oğlu həyatına son qoyub.

Gununsesi.info-nun məlumatına görə, Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Onun atası əslən Laçın rayonundandır. Ailə uzun illərdir Bərdədə məskunlaşıb.

Məlumata görə, Turan ixtisasca mühəndis olub. O, Memarlıq və İnşaat Universitetini bitirib. Bir müddət Şuşada memar kimi fəaliyyət göstərib, daha sonra ABŞ-a gedib və ordu sıralarında xidmət edib.

Turan İslamlı həmçinin güclü şahmatçı kimi tanınıb.

Ailədə ata-anası, iki qardaşı və bir bacısı olub. 

Yaxınları Gununsesi.info-ya bildirib ki, Turan İslamlı Green Card qazanıb və  ABŞ-a gedəcəyini deyib:

“Bundan sonra ABŞ-a gedərək orduya daxil olub.

 Turan bütün fənləri yaxşı bilib və ingilis dilində imtahan verib. O, dünən məzuniyyətə Bakıya gəlib və səhər saatlarında həyatına son qoyub”.

Qeyd edək ki, hadisənin səbəbləri barədə hələlik əlavə məlumat yoxdur.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью