ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc həyatına son qoydu
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc İslamlı Turan Fehruz oğlu həyatına son qoyub.
Gununsesi.info-nun məlumatına görə, Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Onun atası əslən Laçın rayonundandır. Ailə uzun illərdir Bərdədə məskunlaşıb.
Məlumata görə, Turan ixtisasca mühəndis olub. O, Memarlıq və İnşaat Universitetini bitirib. Bir müddət Şuşada memar kimi fəaliyyət göstərib, daha sonra ABŞ-a gedib və ordu sıralarında xidmət edib.
Turan İslamlı həmçinin güclü şahmatçı kimi tanınıb.
Ailədə ata-anası, iki qardaşı və bir bacısı olub.
Yaxınları Gununsesi.info-ya bildirib ki, Turan İslamlı Green Card qazanıb və ABŞ-a gedəcəyini deyib:
“Bundan sonra ABŞ-a gedərək orduya daxil olub.
Turan bütün fənləri yaxşı bilib və ingilis dilində imtahan verib. O, dünən məzuniyyətə Bakıya gəlib və səhər saatlarında həyatına son qoyub”.
Qeyd edək ki, hadisənin səbəbləri barədə hələlik əlavə məlumat yoxdur.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 Sentyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















