Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq. Mətbuatın yazdığına görə, Amerika hərbi texnikasının Ermənistana gözlənilən ötürülməsi təl
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, xarici oyunçuların Cənubi Qafqaz regionunda qarşıdurma sxemləri yaratma cəhdləri var: “Bu, təbii ki, narahatedici məqamdır və Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etmir.
Moskvanın yanaşması ondan ibarətdir ki, regional problemləri ən yaxşı şəkildə region ölkələrinin özləri həll edir”.
Qeyd edək ki, ABŞ-ın Almaniyadan çoxsaylı hərbi texnikanı təlimlər məqsədilə Ermənistana köçürmək istədiyi haqda məlumat yayılıb.
Ermənistan XİN Rusiyanın sorğusuna cavab olaraq ABŞ-dan belə bir müraciət almadıqlarını açıqlayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.