ABŞ ordusunun Ermənistana gəlməsi… Kopırkin
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Mətbuatın yazdığına görə, Amerika hərbi texnikasının Ermənistana gözlənilən ötürülməsi təlimlərlə bağlıdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, xarici oyunçuların Cənubi Qafqaz regionunda qarşıdurma sxemləri yaratma cəhdləri var:
“Bu, təbii ki, narahatedici məqamdır və Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etmir. Moskvanın yanaşması ondan ibarətdir ki, regional problemləri ən yaxşı şəkildə region ölkələrinin özləri həll edir”.
Qeyd edək ki, ABŞ-ın Almaniyadan çoxsaylı hərbi texnikanı təlimlər məqsədilə Ermənistana köçürmək istədiyi haqda məlumat yayılıb. Ermənistan XİN Rusiyanın sorğusuna cavab olaraq ABŞ-dan belə bir müraciət almadıqlarını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 Mart 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















