Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. "Wall Street Journal" nəşrinin məlumatına görə, ABŞ və İsrail Qəzza zolağının iki ayr
Qaynarinfo xəbər verir ki, bu plana əsasən, ərazinin bir hissəsinə İsrail, digər hissəsinə isə HƏMAS nəzarət edəcək.
Eyni zamanda bərpa işləri yalnız İsrailin nəzarətində olan zonada həyata keçiriləcək.
Bu tədbir müvəqqəti xarakter daşıyacaq və silahlı qruplaşma tam tərksilah edilənə qədər davam edəcək.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens və prezident Donald Trampın kürəkəni Cared Kuşner İsrailə səfər edərək tərəfləri atəşkəs rejiminə sadiq qalmağa inandırmağa çalışıblar.
Vens bildirib ki, Qəzzada iki zona mövcuddur: biri nisbətən təhlükəsiz, digəri isə son dərəcə təhlükəlidir.
Onun sözlərinə görə, məqsəd təhlükəsiz zonanı coğrafi cəhətdən genişləndirməkdir.
Kuşner isə əlavə edib ki, bərpa üçün vəsaitlər HƏMAS-ın nəzarətində olan ərazilərə yönəldilməyəcək və əsas diqqət təhlükəsiz zonanın gücləndirilməsinə veriləcək.