Icma.az
close
up
RU
ABŞ planının detalları açıqlandı: Qəzza iki zonaya bölünə bilər

ABŞ planının detalları açıqlandı: Qəzza iki zonaya bölünə bilər

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Wall Street Journal" nəşrinin məlumatına görə, ABŞ və İsrail Qəzza zolağının iki ayrıca zonaya bölünməsi planını müzakirə edir. 

Qaynarinfo xəbər verir ki, bu plana əsasən, ərazinin bir hissəsinə İsrail, digər hissəsinə isə HƏMAS nəzarət edəcək. Eyni zamanda bərpa işləri yalnız İsrailin nəzarətində olan zonada həyata keçiriləcək. Bu tədbir müvəqqəti xarakter daşıyacaq və silahlı qruplaşma tam tərksilah edilənə qədər davam edəcək.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens və prezident Donald Trampın kürəkəni Cared Kuşner İsrailə səfər edərək tərəfləri atəşkəs rejiminə sadiq qalmağa inandırmağa çalışıblar.

Vens bildirib ki, Qəzzada iki zona mövcuddur: biri nisbətən təhlükəsiz, digəri isə son dərəcə təhlükəlidir. Onun sözlərinə görə, məqsəd təhlükəsiz zonanı coğrafi cəhətdən genişləndirməkdir. Kuşner isə əlavə edib ki, bərpa üçün vəsaitlər HƏMAS-ın nəzarətində olan ərazilərə yönəldilməyəcək və əsas diqqət təhlükəsiz zonanın gücləndirilməsinə veriləcək.

Kuşner deyib: "Hazırda İsrail müdafiə qüvvələrinin nəzarətində olan ərazilərdə yeni Qəzzanın tikintisinə başlamaq imkanları nəzərdən keçirilir. Məqsəd Qəzzada yaşayan fələstinlilərə köçmək, işləmək və yaşamaq üçün şərait yaratmaqdır".

Hazırda İsrail qüvvələri geri çəkilsə də, ölkə Qəzza zolağının təxminən 53 faizinə nəzarət edir.

Ərəb vasitəçilər bu planla bağlı narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, bu təşəbbüs Qəzzanın daimi olaraq İsrailin nəzarəti altında qalmasına gətirib çıxara bilər. Ərəb dövlətləri bu şərtlərlə Qəzzada təhlükəsizliyi təmin etmək üçün öz qüvvələrini yerləşdirməyə hazır olmadıqlarını bildiriblər.

Tramp administrasiyasından yüksəkvəzifəli bir mənbə bunun ilkin ideya olduğunu və yaxın günlərdə yenilənmiş məlumatların təqdim ediləcəyini söyləyib. Məqalədə vurğulanır ki, bölünmüş Qəzza sektoru ideyası hələ də HƏMAS-ın tərksilahı və ərazidə alternativ idarəetmə orqanının yaradılması kimi həll olunmamış məsələlərə toxunur. Bu isə bərpa üçün lazım olan milyardlarla dollarlıq sərmayənin cəlbi üçün təhlükəsiz mühitin təmin edilməsini zəruri edir.

Trampın sülh planı Qəzza sektorunun idarə olunması üçün texnokratlardan ibarət qrupun və beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılmasını nəzərdə tutur. Lakin planın detalları hələ tam işlənməyib. Ərəb dövlətləri Qəzzanın Fələstin administrasiyasının nəzarətinə qaytarılmasını istəyirlər, lakin İsrailin baş naziri Benyamin Netanyahu bu fikrə qəti şəkildə qarşı çıxır.

Rəsmi mənbələr bildiriblər ki, planın reallaşması üçün hələ bir çox əsas məsələlər həllini tapmalıdır. Onlara görə, İsrailin nəzarətində olan ərazilərdə yaşayan fələstinlilərə gündəlik xidmətlərin necə göstəriləcəyi və onların bu ərazilərə köçmək istəkləri kimi məsələlər hələ açıq qalır.

Eyni zamanda, HƏMAS üzvlərinin İsrail nəzarətindəki zonaya keçməsinin qarşısını almaq məqsədilə İsrail hakimiyyətinin xüsusi yoxlama proqramı həyata keçirməsi variantı da nəzərdən keçirilir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri