Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağ Evin mətbuat katibi Karolin Levitt ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmanın bu həftə əldə oluna biləcəyinə əmin olduğunu deyib.
"Prezident qəti şəkildə əmindir ki, biz bu həftə buna nail ola bilərik", - Ağ Ev rəsmisi vurğulayıb.
"Tramp müharibəni bitirməkdə israrlı görünür. ABŞ bunun üçün hər iki tərəflə- həm Rusiya, həm də Ukrayna ilə işləyir.
ABŞ Rusiya- Ukrayna müharibəsinə son qoya bilər. Mümkündür ki, həqiqətən, bunu istəyir.
Amma əgər Tramp savaşı bitirsə, bunu Rusiya və ya Ukraynanın yox, məhz öz ölkəsinin maraqlarına görə edəcək.
İndi Moskvanın da, Kiyevin də işi çətindir. Hər iki tərəf faktiki olaraq Vaşinqtondan asılı vəziyyətdədir.
Rusiya da, Ukrayna da başa düşür ki, müharibənin taleyi xeyli dərəcədə ABŞ-dən asılıdır. Bunu Ağ Ev özü də bilir".