Icma.az
close
up
RU
ABŞ Rusiyanın, yoxsa Ukraynanın müqavimətini qırıb? Gələn həftə bilinəcək

ABŞ Rusiyanın, yoxsa Ukraynanın müqavimətini qırıb? Gələn həftə bilinəcək

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağ Evin mətbuat katibi Karolin Levitt ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmanın bu həftə əldə oluna biləcəyinə əmin olduğunu deyib.

"Prezident qəti şəkildə əmindir ki, biz bu həftə buna nail ola bilərik", - Ağ Ev rəsmisi vurğulayıb.

"Tramp müharibəni bitirməkdə israrlı görünür. ABŞ bunun üçün hər iki tərəflə- həm Rusiya, həm də Ukrayna ilə işləyir. ABŞ Rusiya- Ukrayna müharibəsinə son qoya bilər. Mümkündür ki, həqiqətən, bunu istəyir. Amma əgər Tramp savaşı bitirsə, bunu Rusiya və ya Ukraynanın yox, məhz öz ölkəsinin maraqlarına görə edəcək. İndi Moskvanın da, Kiyevin də işi çətindir. Hər iki tərəf faktiki olaraq Vaşinqtondan asılı vəziyyətdədir. Rusiya da, Ukrayna da başa düşür ki, müharibənin taleyi xeyli dərəcədə ABŞ-dən asılıdır. Bunu Ağ Ev özü də bilir".

Milli.Az xəbər verir ki, bunu siyasi şərhçi Kənan Novruzov deyib.
 

O bildirib ki, Tramp Rusiya- Ukrayna müharibəsinə biznesmen təfəkkürü ilə yanaşır. O, hər iki tərəfin özündən asılı olduğunu başa düşür və bu fürsəti qiymətləndirir. ABŞ-nin həm Rusiya, həm də Ukraynadan gözləntiləri var. Rusiyadan əsas gözləntisi İran və Çinlə əlaqələri zəiflətməkdir. Ukraynanın isə torpaqlarına və təbii sərvətlərinə göz dikib. İndi hansı tərəf ABŞ-nin maraqlarını daha çox təmin etsə və onun şərtlərinə razı olsa, Vaşinqtonda ona güzəşt edəcək.

"Əgər Ağ Ev Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmanın bu həftə əldə oluna biləcəyinə əmindirsə, deməli, Rusiya və Ukrayna ilə təmaslar nəticə verib. Bu isə o deməkdir ki, tərəflərdən ən azı biri ABŞ-nin şərtlərini qəbul edib.

Ehtimal etmək olar ki, rəsmi Kiyev təbii sərvətlərin hasilatına dair Vaşinqtonla müqavilə imzalamağa razı olacaq. Bu, ABŞ-nin Ukrayna ilə bağlı qismən güzəştli mövqe ortaya qoymasına və Moskvaya qarşı təzyiqlərə səbəb ola bilər.

Müharibənin başa çatması o deməkdir ki, perspektivdə ABŞ Ukraynaya investisiya qoya bilər və qoyacaq. Trampı tələsdirən əsas məsələlərdən biri də elə budur. O, Ukraynaya sərmaye qoymaqla ölkəni öz maraqları naminə istifadə etmək istəyir.

Gələn həftə müəyyən razılaşmaların əldə olunması mümkündür. Əgər bu olarsa, prosesin davamı da gələcək. İndi əsas sual budur: ABŞ Rusiyanın, ya Ukraynanın müqavimətini qırıb?"

Asya
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri