Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ administrasiyası Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi hazırlayıb.
Sanksiyalar əsasən bank-maliyyə və enerji sektorlarını əhatə edəcək.
Məqsəd Rusiyanı Ukrayna ilə bağlı münaqişənin nizamlanması istiqamətində konkret addımlar atmağa məcbur etməkdir.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Nəşrin yazdığına görə, sanksiyalar paketinin hazırlanması yekunlaşsa da, onların tətbiqi hələlik prezident Donald Tramp tərəfindən rəsmən təsdiqlənməyib.
Hazırda qərarın qəbul olunması üçün Ağ Evdə müzakirələr davam edir.
Qeyd edək ki, ABŞ daha əvvəl də oxşar sektorlara yönəlmiş sanksiyalar tətbiq etmiş, lakin onların tam effekt vermədiyi bildirilmişdi.