ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır bank və enerji sektorları hədəfdə KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ administrasiyası Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi hazırlayıb.
Sanksiyalar əsasən bank-maliyyə və enerji sektorlarını əhatə edəcək. Məqsəd Rusiyanı Ukrayna ilə bağlı münaqişənin nizamlanması istiqamətində konkret addımlar atmağa məcbur etməkdir.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Nəşrin yazdığına görə, sanksiyalar paketinin hazırlanması yekunlaşsa da, onların tətbiqi hələlik prezident Donald Tramp tərəfindən rəsmən təsdiqlənməyib. Hazırda qərarın qəbul olunması üçün Ağ Evdə müzakirələr davam edir.
Qeyd edək ki, ABŞ daha əvvəl də oxşar sektorlara yönəlmiş sanksiyalar tətbiq etmiş, lakin onların tam effekt vermədiyi bildirilmişdi. Yeni paketdə daha sərt və genişmiqyaslı məhdudiyyətlərin nəzərdə tutulduğu ehtimal olunur.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 03 May 2025 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















