ABŞ sərhədində robotlar xidmət göstərəcək

17.08.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Yaxın gələcəkdə ABŞ-nin cənub sərhədində insanabənzər robotlar patrul xidməti göstərəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, roborlar sərhəd ərazilərində avtonom şəkildə hərəkət edə və insanları aşkarlaya biləcək.
Artıq yeni texnologiya ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə təqdim edilib.
Telekanalın məlumatına görə, “Foundation” şirkətinin baş direktoru Sankaet Pathak bildirib ki, şirkət milli təhlükəsizlikdən məsul olan bir neçə ABŞ idarəsi ilə danışıqlar aparır.
Qeyd edək ki, aprelin 30-da ABŞ Federal Rabitə Komissiyası (FCC) Çindən yeni humanoid və dördayaqlı robotların idxalını qadağan edib.
Komissiyanın məlumatına görə, qərar ölkədə süni intellektin inkişafını milli təhlükəsizlik təhdidlərindən qorumaq və əsas perspektivli sənaye sahələrini ABŞ-yə qaytarmaq zərurəti ilə əsaslandırılır.
Bundan əlavə, bərpa olunan enerji mənbələrinin və batareyaların məlumat mərkəzi şəbəkələrinə və avadanlıqlarına qoşulmasına imkan verən güc çeviricilərinin artıq ABŞ-yə idxalı qadağandır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью