ABŞ sərhədində robotlar xidmət göstərəcək
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Yaxın gələcəkdə ABŞ-nin cənub sərhədində insanabənzər robotlar patrul xidməti göstərəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, roborlar sərhəd ərazilərində avtonom şəkildə hərəkət edə və insanları aşkarlaya biləcək.
Artıq yeni texnologiya ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə təqdim edilib.
Telekanalın məlumatına görə, “Foundation” şirkətinin baş direktoru Sankaet Pathak bildirib ki, şirkət milli təhlükəsizlikdən məsul olan bir neçə ABŞ idarəsi ilə danışıqlar aparır.
Qeyd edək ki, aprelin 30-da ABŞ Federal Rabitə Komissiyası (FCC) Çindən yeni humanoid və dördayaqlı robotların idxalını qadağan edib.
Komissiyanın məlumatına görə, qərar ölkədə süni intellektin inkişafını milli təhlükəsizlik təhdidlərindən qorumaq və əsas perspektivli sənaye sahələrini ABŞ-yə qaytarmaq zərurəti ilə əsaslandırılır.
Bundan əlavə, bərpa olunan enerji mənbələrinin və batareyaların məlumat mərkəzi şəbəkələrinə və avadanlıqlarına qoşulmasına imkan verən güc çeviricilərinin artıq ABŞ-yə idxalı qadağandır.
Bu mövzuda digər xəbərlər:Bank of Baku da yeni dövr: Robotlar xidmət göstərəcək
04 Aprel 2025 16:44
Bu məktəbdə şagirdlərə robotlar xidmət edir
24 Yanvar 2026 03:22
“Xankəndi” sualtı quyulara xidmət göstərəcək
10 Yanvar 2026 12:54
Bu marşrut avtobusları ödənişsiz xidmət göstərəcək
07 Noyabr 2024 10:41
Baxış sayı:40
Bu xəbər 17 Avqust 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















