ABŞ Suriyada YPG ilə tərəfdaşlığını rəsmi olaraq bitirdi | Icma.az
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir. ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak tarixi bir bəyanatla çıxış edib
O, Suriyada artıq legitim bir dövlətin olduğunu bildirərək, YPG-nin İŞİD-ə qarşı mübarizədə əsas tərəfdaşlıq statusunu itirdiyini elan edib.
Milli.Az xəbər verir ki, ABŞ Suriya Demokratik Qüvvələri (SDG) ilə hərbi tərəfdaşlığını rəsmən dayandırdığını açıqlayıb.
Vaşinqton YPG/SDG qüvvələrini Suriyanın yeni mərkəzi hökumətinə (Dəməşqə) inteqrasiya olunmağa çağırıb.
YPG-nin əsas anti-İŞİD qüvvəsi olma funksiyasının başa çatdığı vurğulanıb.
Tom Barrak qeyd edib ki, əvvəllər Suriyada tərəfdaşlıq ediləcək işlək bir dövlət mexanizmi yox idi, lakin indi vəziyyət fərqlidir: "Suriya artıq İŞİD-ə qarşı Qlobal Koalisiyaya qoşulan (90-cı üzv kimi), Qərbə yönələn və terrorla mübarizədə ABŞ ilə əməkdaşlıq siqnalı verən tanınmış mərkəzi hökumətə (Prezident Əhməd Şara rəhbərliyində) malikdir." 18 yanvarda imzalanan sazişə əsasən, prosesin aşağıdakı şəkildə getməsi nəzərdə tutulur: SDG döyüşçüləri fərdi qaydada milli orduya daxil ediləcək.
Neft yataqları, bəndlər və sərhəd keçid məntəqələri mərkəzi hökumətə təhvil veriləcək.
İŞİD məhbuslarının saxlanıldığı düşərgə və həbsxanalar Şamın nəzarətinə keçəcək.
Tam oxu
Xəbəri oxu