Icma.az
close
up
RU
ABŞ Suriyada YPG ilə tərəfdaşlığını rəsmi olaraq bitirdi

ABŞ Suriyada YPG ilə tərəfdaşlığını rəsmi olaraq bitirdi

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak tarixi bir bəyanatla çıxış edib. O, Suriyada artıq legitim bir dövlətin olduğunu bildirərək, YPG-nin İŞİD-ə qarşı mübarizədə əsas tərəfdaşlıq statusunu itirdiyini elan edib.

Milli.Az xəbər verir ki, ABŞ Suriya Demokratik Qüvvələri (SDG) ilə hərbi tərəfdaşlığını rəsmən dayandırdığını açıqlayıb.

Vaşinqton YPG/SDG qüvvələrini Suriyanın yeni mərkəzi hökumətinə (Dəməşqə) inteqrasiya olunmağa çağırıb.

YPG-nin əsas anti-İŞİD qüvvəsi olma funksiyasının başa çatdığı vurğulanıb.

Tom Barrak qeyd edib ki, əvvəllər Suriyada tərəfdaşlıq ediləcək işlək bir dövlət mexanizmi yox idi, lakin indi vəziyyət fərqlidir:

"Suriya artıq İŞİD-ə qarşı Qlobal Koalisiyaya qoşulan (90-cı üzv kimi), Qərbə yönələn və terrorla mübarizədə ABŞ ilə əməkdaşlıq siqnalı verən tanınmış mərkəzi hökumətə (Prezident Əhməd Şara rəhbərliyində) malikdir."

18 yanvarda imzalanan sazişə əsasən, prosesin aşağıdakı şəkildə getməsi nəzərdə tutulur:

SDG döyüşçüləri fərdi qaydada milli orduya daxil ediləcək.

Neft yataqları, bəndlər və sərhəd keçid məntəqələri mərkəzi hökumətə təhvil veriləcək.

İŞİD məhbuslarının saxlanıldığı düşərgə və həbsxanalar Şamın nəzarətinə keçəcək.

ABŞ rəsmisi vurğulayıb ki, yeni Suriya dövlətinə inteqrasiya kürdlər üçün əvvəlki yarı-muxtariyyətdən daha qalıcı hüquqlar vəd edir:

Əvvəllər vətəndaşlığı olmayan kürdlərə tam hüquqlar veriləcək.

Kürd dili və mədəniyyəti konstitusiya ilə qorunacaq (məsələn, kürd dilində təhsil, Novruzun milli bayram kimi qeyd olunması).
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Yanvar 2026 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see467

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see269

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see249

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see235

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see234

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see233

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see229

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see220

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see213

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see208

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see207

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see205

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see199

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see196

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see196

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see192

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see188

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see186

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri