Icma.az bildirir, Turkstan.az portalına istinadən. ABŞ Ukraynaya silah tədarükünü yenidən bərpa etdi.
Tramp administrasiyası Kiyevlə bağlı siyasətini müzakirə edərkən Ukraynaya silah tədarükünü qısa müddətə dayandırmışdı.
"Reuters" məlumat verdi ki, daşımalar ötən həftəsonu, yəni fevralın 1-2-dəbərpa olundu.
Daha sonra isə Tramp özünün sosial şəbəkə hesabında qalmaqallı bir paylaşım etdi.
O, bildirdi ki, “Biz Ukraynaya deyirik ki, onların qiymətli nadir torpaq metalları var, mən istəyirəm ki, Ukrayna bizə nadir torpaq metalları versin”.
Digər tərəfdən isə Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın mineral ehtiyatlar əvəzinə Amerika silahlarının verilməsinə dair Ukrayna ilə "sövdələşmə" qurmaq istəyini kəskin tənqid etdi və bunu "eqoist" hərəkət adlandırdı.
Eləcə də Rusiya bu xəbərə kəskin reaksiya verdi və bildirdi ki, bu sadəcə müharibəni daha da alovlandıracaq bir addımdır.
Həmçinin Bundestaqın üzvü Sahra Vaqenknext öz sosial hesabında "metal sövdələşməsi"nin Avropaya fəlakət gətirəcəyini qeyd etdi.