Icma.az
close
up
RU
ABŞ Ukraynaya yardım edəcək: TRAMPIN SÜLH VƏDLƏRİ ARXA PLANA KEÇDİ? AÇIQLAMA

ABŞ Ukraynaya yardım edəcək: TRAMPIN SÜLH VƏDLƏRİ ARXA PLANA KEÇDİ? AÇIQLAMA

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

ABŞ Ukraynaya silah tədarükünü yenidən bərpa etdi.

Tramp administrasiyası Kiyevlə bağlı siyasətini müzakirə edərkən Ukraynaya silah tədarükünü qısa müddətə dayandırmışdı. "Reuters" məlumat verdi ki, daşımalar ötən həftəsonu, yəni fevralın 1-2-dəbərpa olundu.

Daha sonra isə Tramp özünün sosial şəbəkə hesabında qalmaqallı bir paylaşım etdi. O, bildirdi ki, “Biz Ukraynaya deyirik ki, onların qiymətli nadir torpaq metalları var, mən istəyirəm ki, Ukrayna bizə nadir torpaq metalları versin”.

Digər tərəfdən isə Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın mineral ehtiyatlar əvəzinə Amerika silahlarının verilməsinə dair Ukrayna ilə "sövdələşmə" qurmaq istəyini kəskin tənqid etdi və bunu "eqoist" hərəkət adlandırdı.

Eləcə də Rusiya bu xəbərə kəskin reaksiya verdi və bildirdi ki, bu sadəcə müharibəni daha da alovlandıracaq bir addımdır. Həmçinin Bundestaqın üzvü Sahra Vaqenknext öz sosial hesabında "metal sövdələşməsi"nin Avropaya fəlakət gətirəcəyini qeyd etdi. Bir sözlə, bütün aləm bu xəbərlə bir-birinə dəydi, çaxnaşma düşdü.

Maraqlıdır görəsən, Trampın Ukraynaya yardıma davam etməsi və adıçəkilən sövdələşmə onun sülh vədlərini arxa plana keçirdi? Yaxud da Tramp bu addımı atmaqla nə etməyə çalışır?

Suallarımıza politoloq Oqtay Qasımov cavab verdi. O, Turkustan.az-a açıqlamasında bildirdi ki, ABŞ prezidenti bu addımı atmaqla Rusiya-Ukrayna müharibəsini sonlandırmağa çalışır.

Hazırda Rusiya ilə danışıqlar gedir, məsələnin bütün incəlikləri öyrənilir. Çox güman ki, bütün proses öyrənildikdən sonra hansısa qərar verilə bilər. Sızdırılan məlumatlar tam doğru məlumatlar deyil. Yəni Tramp üçün sülh prioritet məsələdir. Çünki,Trampın özünün konkret hədəfləri var və bu hədəflərə çatmaq üçün bir neçə məsələni həll etməlidiri ki, onlardan biri də Rusiya-Ukrayna müharibəsidir. Ehtimallar var ki, hər 2 tərəf Trampın təkliflərini nəzərə almasa, o zaman Tramp bu və ya digər formada tərəflərin birinə dəstək verməklə əks tərəfi məğlub duruma sala bilər. Yəni, Ukrayna Trampın təklifinə "yox" deyərsə, yardımlar kəsilib, Rusiyaya fürsətlər veriləcək və ya, əksinə olarsa, o zaman Ukraynaya ciddi dəstək verilməklə Rusiyanı çətin vəziyyətdə qoyacaq.

Məlumdur ki, İsrailin baş naziri Benyamin Netanyahu bu gün Donald Tramp ilə Ağ Evdə görüş keçirəcək. Diqqətçəkən məqam isə odur ki, Tramp görüşdən öncə Qəzzadakı vəziyyətə münasibət bildirib. O deyib ki, “Qəzzada atəşkəsin davam edəcəyinə dair heç bir zəmanətim yoxdur”. Bu açıqlama İsrailin müharibəni yenidən başladacağına işarə ola bilər?

Tramp Yaxın Şərqdə məsələlərin həll olunmasını istəyir. Düşünürəm ki, bu görüş savaşın yenidən başlayacağı anlamına gəlməməlidir. Ən azından o baxımdan ki, İsrail onsuz da Qəzzada müəyyən ciddi nəticələr əldə edib, Həmas, İzbullah və digərləri sıradan çıxarılıb, zəiflədilib. Bu görüş sadəcə olaraq Amerika dövlət ənənələrinə uyğundur. Çünki, ABŞ liderləri demək olar ki hər zaman, İsrail rəhbərləri ilə görüşlər keçirirlər. Bununla da İsrailin təhlükəsizliyinə zəmanət verirlər.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Fevral 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri