“ABŞ və Avropa arasında fikir ayrılığı: Rusiyanın dondurulmuş aktivləri uğrunda mübarizə“ …
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Avropa planının uğuru indi həm hüquqi əsasların, həm də Vaşinqtonun siyasi iradəsinin necə formalaşacağından asılı olacaq..." ABŞ administrasiyası Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən istifadə planına qoşulmaqdan imtina edib.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
ABŞ-ın etirazı və bazar riski arqumenti Bu məsələ Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçirilən toplantısının kuluarlarında müzakirə olunarkən, amerikalı rəsmilər avropalı həmkarlarına "bazar sabitliyi üçün risklər" arqumentini əsas gətirib.
ABŞ-ın bu qərarı Avropa üçün xoşagəlməz sayılır, çünki Aİ "Yeddilər qrupu" (G7) çərçivəsində planı genişləndirməyə çalışıb.
Layihəyə əsasən, mərkəzi banklara məxsus Rusiya aktivlərinin dəyəri girov kimi istifadə olunaraq Ukraynaya 140 milyard avroya qədər kredit ayrılması nəzərdə tutulub.
Lakin Vaşinqtonun tərəddüdü Brüsselin təşəbbüsünə zərbə vurub. Amerika rəsmiləri məsələ ilə bağlı konkret öhdəlik götürməkdən yayınır.
Avropa tərəfi isə məyusluğunu gizlətmir, çünki əvvəllər Donald Trampın administrasiyası məhz Avropanı Rusiya aktivlərindən daha fəal istifadə etməyə çağırıb.
Tam oxu
Xəbəri oxu