ABŞ və İran arasında savaşın zəngi çalınır: tanker əməliyyatı və vurulan PUA...

03.02.2026

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ ordusu bu gün Oman körfəzində İran pilotsuz təyyarəsini vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran PUA ABŞ təyyarədaşıyan gəmisinə yaxınlaşıb. Lakin Amerika ordusu zaman gözləmədən dərhal həmin PUA-nı vuraraq zərərsizləşdirib.

Məlumatda deyilir ki, bununla yanaşı, İran İnqilab Keşikçilərinə (SEPAH) məxsus altı hücum qayığı Hörmüz boğazında ABŞ bayrağı altında üzən neft tankerini ələ keçirməyə çalışıb: "Ağır pulemyotlarla təchiz olunmuş altı İran hücum qayığı Hörmüz boğazında ABŞ bayrağı altında üzən, Danimarkaya məxsus M/T STENA IMPERATEVE neft tankerini ələ keçirməyə çalışıb. Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin sürətlə uzaqlaşan gəminin mühafizəsinə yetişərək, onu müşayiət altında Bəhreynə doğru yollanmasını təmin edib" 

İranın Fars Xəbər Agentliyi günortadan sonra mülki təyinatlı neft gəmisinin icazəsiz İran ərazi sularına girdiyini yazıb: "Həmin gəmi xəbərdarlıqdan sonra ərazi sularımızı sürətlə tərk edib. Bu zaman hər hansı bir insident baş verməyib".

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью