ABŞ və İran arasında savaşın zəngi çalınır: tanker əməliyyatı və vurulan PUA...
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ ordusu bu gün Oman körfəzində İran pilotsuz təyyarəsini vurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran PUA ABŞ təyyarədaşıyan gəmisinə yaxınlaşıb. Lakin Amerika ordusu zaman gözləmədən dərhal həmin PUA-nı vuraraq zərərsizləşdirib.
Məlumatda deyilir ki, bununla yanaşı, İran İnqilab Keşikçilərinə (SEPAH) məxsus altı hücum qayığı Hörmüz boğazında ABŞ bayrağı altında üzən neft tankerini ələ keçirməyə çalışıb: "Ağır pulemyotlarla təchiz olunmuş altı İran hücum qayığı Hörmüz boğazında ABŞ bayrağı altında üzən, Danimarkaya məxsus M/T STENA IMPERATEVE neft tankerini ələ keçirməyə çalışıb. Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin sürətlə uzaqlaşan gəminin mühafizəsinə yetişərək, onu müşayiət altında Bəhreynə doğru yollanmasını təmin edib"
İranın Fars Xəbər Agentliyi günortadan sonra mülki təyinatlı neft gəmisinin icazəsiz İran ərazi sularına girdiyini yazıb: "Həmin gəmi xəbərdarlıqdan sonra ərazi sularımızı sürətlə tərk edib. Bu zaman hər hansı bir insident baş verməyib".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 03 Fevral 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















