GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-la İran arasında nüvə məsələsi üzrə danışıqların ikinci mərhələsinin bu həftə ərzində keçirilməsi gözlənilir.
Aprelin 12-də baş tutan ilk görüşdən sonra Tehran və Vaşinqton rəsmiləri müzakirənin müsbət və konstruktiv keçdiyini bildiriblər.
Paralel olaraq, ABŞ Prezidenti Donald Tramp və İranın xarici işlər naziri Abbas Araqçının açıqlamaları isə diqqət çəkir.
Tramp İrana hücum ehtimalının qaldığını və razılaşma olmayacağı təqdirdə nüvə obyektlərinin bombalanacağını bildirir.
Araqçı isə nüvə proqramının ləğv edilməyəcəyini və sadəcə hərbiləşdirilməməsi ilə bağlı razılığın əldə oluna biləcəyini söyləyir.
Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, İran danışıqları uzatmaq niyyətindədir: “Bu qəsdən ləngimə sadəcə bürokratik inadkarlıq deyil, bir neçə məqsədi olan diqqətlə hesablanmış manevrdir.
Tehran danışıqların vaxtını uzatmaqla əməliyyat çevikliyini qoruyur və hətta tədricən də olsa, nüvə proqramını daha da inkişaf etdirmək üçün vaxt qazanır.