ABŞ və İsrailin yeni dövlət planı: türk ordusu əraziyə girəcək Gərginlik | Icma.az
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlaması Ankaranın ABŞ-la bağlı gözləntilərindən xəbər verir.
Belə ki, o, ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmasını gözlədiklərini deyib.
“Biz İŞİD-ə qarşı mübarizə üçün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya alternativ olaraq regional dövlətlərlə bunu yaradacağıq.
ABŞ, Fransa və İngiltərənin bir terror təşkilatını digərinə qarşı dəstəkləməsi səhv idi.
Türkiyə əsgərləri Suriyanın şimalında PKK/YPG-nin İŞİD üzvlərini saxladığı düşərgə və həbsxanalara nəzarəti ələ keçirə bilər”, – deyə o bildirib.
Həqiqətən də Ankara Vaşinqtonun Suriyanı, xüsusilə də ölkənin YPG qruplaşmalarının nəzarətində olan şimal-şərq hissəsini tərk etməsini gözləyir.
Hələlik qarşı tərəfdən reaksiya gəlməyib. Donald Tramp birinci prezidentlik dövründə ABŞ qoşunlarının Suriyanı tərk etməsi qərarını vermişdi
Tam oxu
Xəbəri oxu