Icma.az
close
up
RU
ABŞ və İsrailin yeni dövlət planı: türk ordusu əraziyə girəcək Gərginlik

ABŞ və İsrailin yeni dövlət planı: türk ordusu əraziyə girəcək Gərginlik

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlaması Ankaranın ABŞ-la bağlı gözləntilərindən xəbər verir. Belə ki, o, ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmasını gözlədiklərini deyib.

“Biz İŞİD-ə qarşı mübarizə üçün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya alternativ olaraq regional dövlətlərlə bunu yaradacağıq. ABŞ, Fransa və İngiltərənin bir terror təşkilatını digərinə qarşı dəstəkləməsi səhv idi. Türkiyə əsgərləri Suriyanın şimalında PKK/YPG-nin İŞİD üzvlərini saxladığı düşərgə və həbsxanalara nəzarəti ələ keçirə bilər”, – deyə o bildirib.

Həqiqətən də Ankara Vaşinqtonun Suriyanı, xüsusilə də ölkənin YPG qruplaşmalarının nəzarətində olan şimal-şərq hissəsini tərk etməsini gözləyir. Hələlik qarşı tərəfdən reaksiya gəlməyib.

Donald Tramp birinci prezidentlik dövründə ABŞ qoşunlarının Suriyanı tərk etməsi qərarını vermişdi. Özü ilə yanaşı, Co Bayden hakimiyyəti zamanı bu proses böyük ölçüdə aparılırdı. Lakin daha sonra 400 nəfərlik qarnizonun qalması qərara alındı. Beləcə ABŞ tam olaraq Suriyanı tərk etmədi.

Vaşinqton əsasən YPG, dolayı yolla isə Suriyadakı neft yataqlarına nəzarəti itirməmək üçün bu addımı atdı. Həmçinin İran və Rusiyanın da bu ölkədəki nüfuzunu artırması riskini qərarda təsiredici faktor saymaq olar.

Suriyada Bəşər Əsəd rejimi devrilsə də, mərkəzi hakimiyyət tam qurulmayıb. Hətta vaxtaşırı Əsəd qüvvələri ilə mövcud hakimiyyət qüvvələri arasında toqquşmalar, lokal döyüşlər də baş verir. Türkiyəni isə əsasən YPG məsələsi narahat edir.

Əvvəl də dediyim kimi, YPG-nin dövlətləşməsi ABŞ tərəfindən tamamlanıb. Qruplaşmanın özünə aid ordusu və nəzarət etdiyi geniş ərazi var. Hətta Əsəd rejiminin devrilməsindən sonra yeni hakimiyyətlə danışıqlara da cəhd etdilər. Lakin Türkiyə İraqdan sonra Suriyada kürd muxtariyyəti istəmir. ABŞ və İsrail isə fərqli düşünür.

Tramp-Ərdoğan münasibətləri müsbət olsa da, Suriya məsələsində liderlərin fikirləri ayrıdır. Yəni ABŞ YPG muxtariyyət əldə etmədən çətin ki, Suriyadan tam çıxsın. Bunu İsrail də istəmir. Çünki Təl-Əviv də son zamanlar Suriyanın cənubunda hərbi əməliyyatlar keçirir. Eyni zamanda ələvilər və durzilərə dəstəkləri də məlumdur.

Nəticə etibarilə tezliklə ABŞ qoşunlarının Suriyadan çıxarılması mümkün görünmür. Bu məsələdə gələcəkdə Vaşinqton ilə Ankara arasında gərginliyə də səbəb ola bilər.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Mart 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri