ABŞ və Kanada “Qızıl qübbə” raketdən müdafiə sistemi üzərində birgə işləyəcək

07.10.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 7 oktyabr, AZƏRTAC

ABŞ və Kanada “Qızıl qübbə” raketdən müdafiə sistemi üzərində birgə işləyəcək.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə görüş zamanı jurnalistlərə deyib. O bildirib ki, bu, sistemqoruyucu mexanizmdir.

“Bu inanılmaz sistemdir. Bilirsiniz, Ronald Reyqan bunu etmək istəyirdi və o zaman onların texnologiyası yox idi. İndi biz Kanada ilə “Qızıl qübbə” üzərində birlikdə işləyəcəyik. Fikrimcə, bu, çox vacibdir. Dünyada baş verənlərə baxdıqda görürük ki, bu müdafiəyə sahib olmalıyıq”,- deyə Tramp vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью