ABŞ və Kanada “Qızıl qübbə” raketdən müdafiə sistemi üzərində birgə işləyəcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 7 oktyabr, AZƏRTAC
ABŞ və Kanada “Qızıl qübbə” raketdən müdafiə sistemi üzərində birgə işləyəcək.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə görüş zamanı jurnalistlərə deyib. O bildirib ki, bu, sistemqoruyucu mexanizmdir.
“Bu inanılmaz sistemdir. Bilirsiniz, Ronald Reyqan bunu etmək istəyirdi və o zaman onların texnologiyası yox idi. İndi biz Kanada ilə “Qızıl qübbə” üzərində birlikdə işləyəcəyik. Fikrimcə, bu, çox vacibdir. Dünyada baş verənlərə baxdıqda görürük ki, bu müdafiəyə sahib olmalıyıq”,- deyə Tramp vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

ABŞ “yeni nəsil” Qızıl Qübbə raketdən müdafiə sistemi yaradır
13 Avqust 2025 14:37
ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır
25 Mart 2025 01:04
Tramp Qızıl qübbə raketdən müdafiə sistemi üçün İlon Maska alternativ axtarır
22 İyul 2025 18:28
ABŞ təcili olaraq Qızıl Qübbə raketdən müdafiə sistemini inkişaf etdirir
22 Mart 2025 18:24
Tramp: ABŞ yeni Qızıl Qübbə raketdən müdafiə sistemini yerləşdirmək niyyətindədir
05 Mart 2025 07:58

