ABŞ və Ukrayna təhlükəsizlik tədbirləri çərçivəsi barədə razılığa gəlib | Icma.az
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidentinin sülh üzrə xüsusi elçisi Stiv Uitkof və Cared Kuşner Ukraynada davamlı və ədalətli sülhün əldə olunması ilə bağlı konstruktiv müzakirələr aparmaq üçün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi general Andrey Qnatovla görüşüblər.
AZƏRTAC-ın məlumatına görə, ABŞ tərəfi görüşün nəticələrinə dair bəyanat yayıb.
Qeyd olunub ki, qrupun son iki həftə ərzində altıncı görüşü keçirilib.
İştirakçılar ABŞ tərəfinin Rusiyadakı son görüşünün nəticələrini və bu müharibəyə son qoymaq üçün atıla biləcək addımları müzakirə ediblər.
Amerikalılar və ukraynalılar, həmçinin təhlükəsizlik tədbirləri çərçivəsi barədə razılığa gəliblər və davamlı sülhü qorumaq üçün zəruri çəkindirmə imkanlarını müzakirə ediblər.
Tərəflərin razılığına əsasən, istənilən razılaşmaya doğru real irəliləyiş Rusiyanın uzunmüddətli sülhə, o cümlədən gərginliyin azaldılması və ölümlərin dayandırılmasına yönəlmiş addımlara ciddi sadiqlik göstərməyə hazır olmasından asılıdır.
Tərəflər, həmçinin Ukraynanın müharibədən sonrakı yenidən qurulmasını, ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüslərini və uzunmüddətli bərpa layihələrini dəstəkləməyi hədəfləyən gələcək rifah planlarını nəzərdən keçiriblər.
Tam oxu
Xəbəri oxu