ABŞ və Ukrayna təhlükəsizlik tədbirləri çərçivəsi barədə razılığa gəlib
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidentinin sülh üzrə xüsusi elçisi Stiv Uitkof və Cared Kuşner Ukraynada davamlı və ədalətli sülhün əldə olunması ilə bağlı konstruktiv müzakirələr aparmaq üçün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi general Andrey Qnatovla görüşüblər.
AZƏRTAC-ın məlumatına görə, ABŞ tərəfi görüşün nəticələrinə dair bəyanat yayıb. Qeyd olunub ki, qrupun son iki həftə ərzində altıncı görüşü keçirilib.
İştirakçılar ABŞ tərəfinin Rusiyadakı son görüşünün nəticələrini və bu müharibəyə son qoymaq üçün atıla biləcək addımları müzakirə ediblər. Amerikalılar və ukraynalılar, həmçinin təhlükəsizlik tədbirləri çərçivəsi barədə razılığa gəliblər və davamlı sülhü qorumaq üçün zəruri çəkindirmə imkanlarını müzakirə ediblər.
Tərəflərin razılığına əsasən, istənilən razılaşmaya doğru real irəliləyiş Rusiyanın uzunmüddətli sülhə, o cümlədən gərginliyin azaldılması və ölümlərin dayandırılmasına yönəlmiş addımlara ciddi sadiqlik göstərməyə hazır olmasından asılıdır.
Tərəflər, həmçinin Ukraynanın müharibədən sonrakı yenidən qurulmasını, ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüslərini və uzunmüddətli bərpa layihələrini dəstəkləməyi hədəfləyən gələcək rifah planlarını nəzərdən keçiriblər. Müzakirələri davam etdirmək üçün sabah yenidən görüş keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 06 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















