ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

07.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

ABŞ Rusiyanın İrkutsk vilayətində şübhəli pnevmonik taundan ölüm xəbərləri və karantin tətbiqindən sonra öz vətəndaşlarını bu ölkədən çıxmağa çağırıb.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ-nin Rusiyadakı səfirliyi açıqlama yayıb.

Açıqlamada Amerika diplomatik missiyasının Rusiyadakı vəziyyəti yaxından izlədiyi bildirilib.

"ABŞ səfirliyi İrkutsk vilayətində ağciyər taunu xəstəliyinə tutulduğu şübhəsi olan bir şəxsin ölümündən, eləcə də karantin tədbirləri və İrkutskdakı xəstəxanaların bağlanması ilə bağlı media xəbərlərindən xəbərdardır. Biz hadisələri yaxından izləməyə davam edirik" - açıqlamada qeyd olunub.

Diplomatik missiya vurğulayıb ki, bölgədəki ABŞ vətəndaşlarına yerli səhiyyə orqanlarının təlimatlarına əməl etmələri, yüksək hərarət və ya tənəffüs yolu simptomları hiss etdikdə dərhal tibbi yardım almaları tövsiyə olunur. 

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью