ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
ABŞ Rusiyanın İrkutsk vilayətində şübhəli pnevmonik taundan ölüm xəbərləri və karantin tətbiqindən sonra öz vətəndaşlarını bu ölkədən çıxmağa çağırıb.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ-nin Rusiyadakı səfirliyi açıqlama yayıb.
Açıqlamada Amerika diplomatik missiyasının Rusiyadakı vəziyyəti yaxından izlədiyi bildirilib.
"ABŞ səfirliyi İrkutsk vilayətində ağciyər taunu xəstəliyinə tutulduğu şübhəsi olan bir şəxsin ölümündən, eləcə də karantin tədbirləri və İrkutskdakı xəstəxanaların bağlanması ilə bağlı media xəbərlərindən xəbərdardır. Biz hadisələri yaxından izləməyə davam edirik" - açıqlamada qeyd olunub.
Diplomatik missiya vurğulayıb ki, bölgədəki ABŞ vətəndaşlarına yerli səhiyyə orqanlarının təlimatlarına əməl etmələri, yüksək hərarət və ya tənəffüs yolu simptomları hiss etdikdə dərhal tibbi yardım almaları tövsiyə olunur.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 Oktyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















