Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığı açıqlanıb.Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.Bəs sözügedən qərarın səbəbi nədir?
Prosesin qlobal təsirləri hansı istiqamətdə inkişaf edəcək? Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elman Vəliyev bildirib k
Bu qərar, əsasən, ABŞ-nin daxili maliyyə vəziyyətinin sabitləşdirilməsi ilə əlaqələndirilir.
Son illərdə ABŞ-də daxili borcun sürətlə artması və büdcə kəsirlərinin genişlənməsi Vaşinqtonun maliyyə siyasətini yenidən nəzərdən keçirməsini zəruri edib.
ABŞ administrasiyası xarici siyasət xərclərini azaldaraq məhdud maliyyə resurslarını daha çox daxili prioritetlərə yönəltməyi planlaşdırır.
Bu tipdə yanaşmanın formalaşması xüsusilə infrastrukturun modernləşdirilməsi, səhiyyə və təhsil kimi sahələrdə xərclərin artırılmasını hədəfləyir.
ABŞ hökumətinin bu addımı həm daxili siyasi arenada dəstəyi artırmaq, həm də iqtisadi təzyiqləri yüngülləşdirmək məqsədini daşıyır.