ABŞ yə cavab: “Bombaların atası” gəlir

22.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İran “bombaların atası” adlandırılan yeni silah növünü təqdim etməyə hazırlaşır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhəbbi yerli SNNTV telekanalına müsahibəsində bildirib.

“Biz  “bombaların atası”nı təqdim etməyə hazırlaşırıq. Bu, düşmən üçün tamamilə yeni bir silah olacaq”, - o deyib. 

Bununla belə, Hüseyn Möhəbbi silahın xüsusiyyətləri barədə məlumat verməyib. 

Xatırladaq ki, bir neçə gün öncə CNN telekanalı ABŞ-nin İrana qarşı öz arsenalındakı ən güclü qeyri-nüvə bombasından istifadə edə biləcəyi barədə xəbər yayıb. Məlumata görə, söhbət çəkisi 9,8 ton olan GBU-43/B Massive Ordnance Air Blast (MOAB) bombasından gedir. Bu zaman sözügedən sursat “bombaların anası” adlandırılmışdı.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью