ABŞ yə cavab: “Bombaların atası” gəlir
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
İran “bombaların atası” adlandırılan yeni silah növünü təqdim etməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhəbbi yerli SNNTV telekanalına müsahibəsində bildirib.
“Biz “bombaların atası”nı təqdim etməyə hazırlaşırıq. Bu, düşmən üçün tamamilə yeni bir silah olacaq”, - o deyib.
Bununla belə, Hüseyn Möhəbbi silahın xüsusiyyətləri barədə məlumat verməyib.
Xatırladaq ki, bir neçə gün öncə CNN telekanalı ABŞ-nin İrana qarşı öz arsenalındakı ən güclü qeyri-nüvə bombasından istifadə edə biləcəyi barədə xəbər yayıb. Məlumata görə, söhbət çəkisi 9,8 ton olan GBU-43/B Massive Ordnance Air Blast (MOAB) bombasından gedir. Bu zaman sözügedən sursat “bombaların anası” adlandırılmışdı.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Oktyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















