Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"ABŞ-dəki meşə yanğınları yerli və dünya iqtisadi sisteminə təsir etməyəcək.
Zərər görən yerlərin bərpası üçün müəyyən müqavilələr imzalanacaq ki, bu da müsbət nəticələrə gətirib çıxara bilər".
Bunu Teleqraf.com-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
O bildirib ki, yeni bərpa-quruculuq işləri ilə bağlı maliyyə dövriyyəsi arta bilər: "İnsanlar evlərini yenidən tikəcəklər, bu da maliyyə dövriyyəsinin artımına səbəb olacaq.
Lakin kiçik həcmli problemlər də yarana bilər. Məsələn, Los-Anceles bələdiyyəsinin büdcəsi daşınmaz əmlakdan toplanan vergi əsasında formala
Onlar da uzun müddət vergi ala bilməyəcək. Bunun inkişafa mənfi təsir etmək ehtimalı var. Həmçinin Kaliforniya ən varlı ştatlardandır.
Onlar da çətin vəziyyətdən çıxmağı asanlıqla bacaracaqlar. Sığorta müqaviləsi bağlanan zaman yanğın siyahıdan çıxarılmışdı.