Icma.az
close
up
RU
ABŞdəki meşə yanğınlarının müsbət nəticələri ola bilər Professor

ABŞdəki meşə yanğınlarının müsbət nəticələri ola bilər Professor

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"ABŞ-dəki meşə yanğınları yerli və dünya iqtisadi sisteminə təsir etməyəcək. Zərər görən yerlərin bərpası üçün müəyyən müqavilələr imzalanacaq ki, bu da müsbət nəticələrə gətirib çıxara bilər".

Bunu Teleqraf.com-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, yeni bərpa-quruculuq işləri ilə bağlı maliyyə dövriyyəsi arta bilər:

"İnsanlar evlərini yenidən tikəcəklər, bu da maliyyə dövriyyəsinin artımına səbəb olacaq. Lakin kiçik həcmli problemlər də yarana bilər. Məsələn, Los-Anceles bələdiyyəsinin büdcəsi daşınmaz əmlakdan toplanan vergi əsasında formalaşır. Onlar da uzun müddət vergi ala bilməyəcək. Bunun inkişafa mənfi təsir etmək ehtimalı var. Həmçinin Kaliforniya ən varlı ştatlardandır. Onlar da çətin vəziyyətdən çıxmağı asanlıqla bacaracaqlar. Sığorta müqaviləsi bağlanan zaman yanğın siyahıdan çıxarılmışdı. Ona görə də bu sahədə olan şirkətlərin üzərinə yük düşməyəcək. Bu da bank sisteninə problem yaratmayacaq. Ciddi problemlə kino sahəsi qarşılaşa bilər".

Ekspert bildirdib ki, yanğınlar siyasi proseslərə təsir etməyəcək: "Bələdiyyələrin işi yolları, elektrik və sair sistemləri bərpa etməkdir. ABŞ-də hakimiyyət dəyişikliyini nəzərə alsaq, düşünürəm ki, hər hansı ciddi siyasi problemlər baş verməyəcək. Məsələn, kaliforniyalılar demokratdırlar. Respublikaçılar olsaydı, onda hər hansı problemlər yarana bilərdi".

Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesdə başlayan meşə yanğınlarının ümumi sahəsi 16 min hektarı keçib. Hadisə nəticəsində azı 24 nəfər həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 14 Yanvar 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri