Abşeron və Gəncədə mağazaları talayan dəstənin üzvləri saxlanılıb

24.01.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib.

APA-nın məlumatına görə, naməlum şəxslər Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən ümumilikdə 2300 manat pulu talayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olaraq oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qurbanov, Ü.Şərifov və S.Kərimov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Gəncə şəhəri ərazisində yerləşən ayrı-ayrı iki marketdən də nağd pul, tütün məmulatı və digər məhsulları taladıqları məlum olub.
Faktlar üzrə araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью