Abşeron və Gəncədə mağazaları talayan dəstənin üzvləri saxlanılıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib.
APA-nın məlumatına görə, naməlum şəxslər Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən ümumilikdə 2300 manat pulu talayıblar.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olaraq oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qurbanov, Ü.Şərifov və S.Kərimov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Gəncə şəhəri ərazisində yerləşən ayrı-ayrı iki marketdən də nağd pul, tütün məmulatı və digər məhsulları taladıqları məlum olub.
Faktlar üzrə araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Bakıda mağazaları talayan şəxslər saxlanılıb
15 Sentyabr 2025 12:42
Gəncədə partiya üzvləri ilə görüş keçirilib
01 İyul 2026 16:36
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri ziyarət olunub
21 İyul 2026 13:23
Abşeron və Gəncədə silsilə oğurluqlar törədən şəxslər SAXLANILDI
24 Yanvar 2026 16:43
Dəstə üzvləri saxlanılıb
06 Avqust 2025 15:44
Baxış sayı:105
Bu xəbər 24 Yanvar 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















