Abşeronun bu qəsəbəsində 10 min əhali “mühasirədə” Təcili tədbir görülməsə, gec ola bilər …
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abşeron yarımadasının şimal-şərq hissəsində, son illər turizmin sürətlə inkişaf etdiyi bir zonada yerləşən Ləhiş bağları bu gün paradoksal vəziyyətlə üz-üzədir.
Bir tərəfdən qəsəbə iri turizm layihələrinin, xarici qonaq axınının və regional ticarət marşrutlarının içindədir, digər tərəfdən isə gündəlik həyat üçün zəruri olan əsas infrastruktur problemləri illərdir həllini tapmır.
Təxminən 10 minə yaxın əhalinin yaşadığı Ləhiş bağları faktiki olaraq inkişafın mərkəzində, lakin planlamanın kənarında qalıb.
Coğrafi baxımdan qəsəbə Nardaran ərazisindən başlayaraq Pirşağı istiqamətinə qədər uzanır və inzibati cəhətdən Kürdəxanı ərazisinə daxildir.
Bu mövqe onu həm sahilyanı turizm zonası, həm də Abşeronun ən aktiv yaşayış və ticarət məntəqələri ilə birbaşa əlaqələndirir.
Məhz bu səbəbdən Ləhiş bağlarında baş verənlər təkcə lokal problem deyil, daha geniş — regional əhəmiyyət daşıyan məsələ kimi dəyərləndirilir.
Son illərdə xüsusilə sahilyanı istirahət zonalarının inkişafı ilə bölgədə turist hərəkətliliyi xeyli artıb.
Tam oxu
Xəbəri oxu