ABŞnin RusiyaUkrayna müharibəsindən əsas marağı nədir? AÇIQLAMA | Icma.az
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki tərəfi də dəstəkləyən dövlətlər var.
Dünyanın hegemon dövlətlərindən olan Amerika Birləşmiş Ştatları isə bu müddət ərzində Kiyevi dəstəkləyib.Lakin ABŞ-nin Ukraynaya yardımları fonunda hələ də Kiyevin mütləq qələbəsi mövzu obyekti deyil.
Maraqlıdır, ABŞ-nin Rusiya-Ukrayna müharibəsindən əsas marağı nədir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ nə Ukraynanın qalib gəlməsində, nə də Rusiyanın məğlub olmasında maraqlıdır.
Onun sözlərinə görə, ABŞ Rusiya-Ukrayna müharibəsindən öz geopolitik maraqlarını təmin etməklə Avropanı öz nəzarətində saxlayır, Rusiyanın qalib gəlməsinə imkan verməməklə isə onun resurslarını tükədərək fövqəldövlət iddiasının qarşısını alır: “ABŞ Rusiyanın hərbi qüvvələrini kifayət qədər zəiflədib.
Moskvanın Şimali Koreyadan kömək istəməsi də bunun bariz nümunəsidir.
ABŞ-dən fərqli olaraq, Avropa dövlətləri vahid siyasi mövqe ortaya qoyub, Ukraynaya tam hərbi dəstək verib, Ukraynanın qalib gəlməsini təmin edə bilərlər.
Tam oxu
Xəbəri oxu