Icma.az
close
up
RU
ABŞnin RusiyaUkrayna müharibəsindən əsas marağı nədir? AÇIQLAMA

ABŞnin RusiyaUkrayna müharibəsindən əsas marağı nədir? AÇIQLAMA

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki tərəfi də dəstəkləyən dövlətlər var. Dünyanın hegemon dövlətlərindən olan Amerika Birləşmiş Ştatları isə bu müddət ərzində Kiyevi dəstəkləyib.Lakin ABŞ-nin Ukraynaya yardımları fonunda hələ də Kiyevin mütləq qələbəsi mövzu obyekti deyil. 

Maraqlıdır, ABŞ-nin Rusiya-Ukrayna müharibəsindən əsas marağı nədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ nə Ukraynanın qalib gəlməsində, nə də Rusiyanın məğlub olmasında maraqlıdır.

Onun sözlərinə görə, ABŞ Rusiya-Ukrayna müharibəsindən öz geopolitik maraqlarını təmin etməklə Avropanı öz nəzarətində saxlayır, Rusiyanın qalib gəlməsinə imkan verməməklə isə onun resurslarını tükədərək fövqəldövlət iddiasının qarşısını alır:

“ABŞ Rusiyanın hərbi qüvvələrini kifayət qədər zəiflədib. Moskvanın Şimali Koreyadan kömək istəməsi də bunun bariz nümunəsidir. ABŞ-dən fərqli olaraq, Avropa dövlətləri vahid siyasi mövqe ortaya qoyub, Ukraynaya tam hərbi dəstək verib, Ukraynanın qalib gəlməsini təmin edə bilərlər. Hazırkı müharibə Avropanın təhlükəsizliyini və suverenliyini təhdid edir. Fransa Prezidenti Emmanuel Makron və Almaniya rəsmləri vahid Avropa ordusunun qurulmasından danışır. Çünki ABŞ-nin Ukrayna müharibəsindən yalnız öz geosiyasi məqsədləri üçün istifadə etdiyinin fərqindədirlər”. 

Vaşinqtonun yeni siyasi nizamda bir qütblü sistemin inkişafı üçün Avropa ölkələri ABŞ-yə tam tabe olmalı, Ukrayna isə Rusiya və Avropa arasında bir baryer olmalıdır. 

Politoloq qeyd edib ki, Rusiyanın fövqəldövlət olmaq planı və çox qütblü dünya sisteminin formalaşması üçün iddiaları indiki müharibənin başlanmasına gətirib çıxarıb:

“Kreml rəhbərliyi Rusiya Belarus və Ukrayna ittifaqı yaradıb, MDB ölkələrini də bu ittifaqa gətirəcəkdi. Kremlin post-sovet ölkələrini yenidən öz orbitinə qaytarmaq üçün yeni müharibəyə başlaması gözlənilirdi. Bu, qaçılmaz idi. Məhz bu muharibə Ukraynada baş verdi. ABŞ belə bir planın qarşısını almalı idi. ABŞ bunun qarşısını almaqla, Avropanın Rusiya ilə yaxınlaşmasının üstündən xətt çəkdi”. 

M.Əsədullazadə vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi yeni müstəvidə davam edəcək:

“Şimali Koreya ordusu müharibədə iştirak etdiyi üçün Çexiya prezidenti vətəndaşlarının Ukraynada döyüşməsinə icazə verdi. Eyni addımı Polşa və digər Avropa ölkələrinin də atması istisna deyil. Çünki Avropa ölkələri ABŞ-dən fəqrli olaraq müharibənin bitməsində maraqlıdırlar. Əgər Avropa ölkələri vahid şəkildə Ukraynaya tam dəstək olub Vaşinqtonun təlimatından kənarda müharibəni aparsalar, gələn ildən Rusiyanı danışıqlar masasına əyləşdirə bilərlər”. 


Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri