Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp öz administrasiyasını formalaşdırmaq üçün kadrlarını seçir.
Trampın ikinci prezidentlik dövründə Azərbaycana və Ermənistana münasibətinin necə olması yeni hökumətdəki təyinatlardan asılı olacaq.
“Cebheinfo.az”-ın məlumatına görə, erməni analitik Arman Abovyanın məqaləsi bu baxımdan diqqəti cəlb edir.
ABŞ-nin Dövlət katibi postuna əsas namizədlərdən birinin Marko Rubio olduğunu qeyd edən müəllif onun ermənilərlə və Azərbaycanla bağlı mövqeyinə dair maraqlı məqamlar açıqlayıb.
Görünür, Florida ştatından senator, alovlu respublikaçı Marko Rubionun namizədliyi bu gün Dövlət Departamentinin rəhbəri vəzifəsinə ən çox ehtimal olunan namizəddir.
Lakin hazırda respublikaçılar daxilində Rubio ətrafında nəhəng sövdələşmə gedir və Trampın onu bu vəzifəyə təyin edəcəyi dəqiq deyil.
Elə isə Marko Rubio kimdir? 1971-ci il mayın 28-də Mayamidə anadan olan Marko Antonio Rubio 2011-ci ildən Resbublikaçılar Partiyasının Flori