Icma.az
close
up
RU
ABŞnin yeni dövlət katibi kimdir? Ermənilər öz dostuna inanmır

ABŞnin yeni dövlət katibi kimdir? Ermənilər öz dostuna inanmır

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp öz administrasiyasını formalaşdırmaq üçün kadrlarını seçir.

Trampın ikinci prezidentlik dövründə Azərbaycana və Ermənistana münasibətinin necə olması yeni hökumətdəki təyinatlardan asılı olacaq. 

“Cebheinfo.az”-ın məlumatına görə, erməni analitik Arman Abovyanın məqaləsi bu baxımdan diqqəti cəlb edir. 

ABŞ-nin Dövlət katibi postuna əsas namizədlərdən birinin Marko Rubio olduğunu qeyd edən müəllif onun ermənilərlə və Azərbaycanla bağlı mövqeyinə dair maraqlı məqamlar açıqlayıb. 

Görünür, Florida ştatından senator, alovlu respublikaçı Marko Rubionun namizədliyi bu gün Dövlət Departamentinin rəhbəri vəzifəsinə ən çox ehtimal olunan namizəddir. Lakin hazırda respublikaçılar daxilində Rubio ətrafında nəhəng sövdələşmə gedir və Trampın onu bu vəzifəyə təyin edəcəyi dəqiq deyil.

Elə isə Marko Rubio kimdir?

1971-ci il mayın 28-də Mayamidə anadan olan Marko Antonio Rubio 2011-ci ildən Resbublikaçılar Partiyasının Florida ştatından senatorudur. 2019-cu ildən etibarən Senatın Biznes komitəsinə sədrlik edir. 

Marko Rubio ABŞ-də homoseksual və transgender məsələlərinin təsirini məhdudlaşdırmaqla Amerika cəmiyyətində ənənəvi ailə dəyərlərini stimullaşdırmalı olan bir neçə qanun layihəsinin həmmüəllifidir. 

Rubio həm də özünü hər zaman açıq şəkildə LGBT (Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosiasiyası) təbliğatına və ABŞ məktəblərində və digər təhsil müəssisələrində transgender mövzusuna qarşı çıxan sərt katolik kimi göstərir. 

Bir sözlə, o, sərt xristian prinsiplərinə üstünlük verən prinsipial antiliberaldır. 

Eyni zamanda, Marko Rubio Rusiyaya maksimum təzyiqin tərəfdarıdır və özünü həmişə siyasi rusofob kimi göstərir. 

Vaxtilə o, hətta Vaşinqtonda Rusiyanın ABŞ-dəki səfirliyinin yerləşdiyi “Viskonsin prospekti”nin adının dəyişdirilərək “Nemtsov Plaza” adlandırılmasını təklif etmişdi. 

Rubio həmçinin Rusiyaya qarşı ən sərt iqtisadi və maliyyə sanksiyalarının tətbiqini müdafiə edib.

Postsovet məkanına gəlincə, Marko Rubionun da kifayət qədər maraqlı münasibəti var. Məsələn, “erməni məsələsi”nə Rubionun mövqeyi nöqteyi-nəzərindən baxaq.

Qeyd edilir ki, 2023-cü ildə Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatı keçirdikdən sonra Marko Rubio ermənilər kütləvi şəkildə könüllü Ermənistana köçməsini “soyqırım” adlandıraraq baş verən prosesləri pisləyib. 

Hətta ermənipərəst respublikaçı kimi tanınan Rubio “X” bloqunda ABŞ vergi ödəyicilərinin pullarını Azərbaycana, regiona “qeyri-sabitlik” gətirmiş ölkəyə göndərməməyə çağırıb. Marko Rubio senatorları və Nümayəndələr Palatasının üzvlərini Ermənistanın müdafiəsi haqqında qəbul edilmiş qanunu təşviq etməyə çağırıb.
“Göründüyü kimi alovlu xristian Rubio ermənilərin müdafiəsinə qalxdı. Lakin Amerika mediasının incəlilklə qeyd etdiyi kimi, Rubionun özü də yüksək bəyanatları ilə yanaşı, ermənilərin (xristianların) kütləvi “qovulması”na görə, Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqinə təşəbbüs göstərmədi və dəstəkləmədi. O, görünür, erməniləri “sevir və hörmət edir”, amma siyasətdə tez-tez olduğu kimi, biznes hər şeydən üstündür”, - deyə Arman Abovyan yazır.

Lakin Marko Rubio Dövlət Departamentinin rəhbəri olarsa, erməni məsələsi ona yad olmayacaq.  O, ən azı erməni məsələsi ilə tanışdır. Lakin digər tərəfdən, onun Rusiyaya münasibətdə rusofob və makkartiçi yanaşması Cənubi Qafqazdakı reallığı adekvat qavramaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bu da təbii ki, Ermənistan və ermənilər üçün risk səviyyəsini artırır.
Rubio hələ Dövlət Departamentinin rəhbəri deyil, amma... onun üslubu Trampın siyasətinə çox uyğun gəlir. Lakin Amerika siyasətini unutmayaq: ermənilərə sözdə dəstək və yüksək səslə bəyanatlar, Türkiyəyə və Azərbaycana isə müqavilələr və iqtisadi himayə”, - məqalədə belə qeyd edilir.

Müşfiq Abdulla   
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri