ABŞyə ismarıc: Ərdoğan Suriyada PKK/YPGnin silahı buraxmaması təqdirində... | Icma.az
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq. Hər kəs əlini Suriyadan çəksin, həm İŞİD-i, həm də YPG-ni ən qısa zamanda darmadağın edəc
Bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan deyib. Ərdoğan deyib ki, hər kəs əlini Suriyadan çəksin.
Suriyalı qardaşlarımızla birlikdə İŞİD, YPG və digər terror təşkilatlarının başlarını qısa zamanda əzəcəyik.Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, Rəcəb Tayyib Ərdoğan bu çıxışı ilə dünyaya və Amerika Birləşmiş Ştatlarına ismarıc yönləndirərək ABŞ-nin Suriyada PKK/YPG güclərinin silahı buraxmasına vadar etməsə, həmin zaman Türkiyə birmənalı şəkildə Suriyada həmin qruplaşmalara qarşı yeni əməliyyat həyata keçirəcəyini bildirir:“Hazırda Türkiyə-Suriya sərhədində böyük miqdarda türk qoşunları və texnikası yığılıb.
Onlar sadəcə olaraq prezidentdən start əmri gözləyirlər. Məsələ burasındadır ki, dekabrın 8-də Suriyada yeni bir reallıq yarandı.
Əvvəlki rejim dəyişdi və Əhməd əl-Şaranın başçılıq etdiyi yeni hamikiyyətin qarşısında bir sıra çağırışlar var.
İlk növbədə bura ölkənin yenidən qurulması və bərpası, eyni zamanda beş milyona yaxın qaçqının geri qayıtması məsələsi, ölkənin iqtisadi cəhətdən inkişafı və Suriyanın ərazi bütövlüyünün təmin olunması daxil idi.
Bu Suriyanın hər bir nöqtəsində Dəməşq hökümətinin nəzarətinin mövcud olması deməkdir.
Ona görə də Suriyanın Şimal Şərqində ölkə ərazisinin təxminən 1/3-nə nəzarət edən Suriya Demokratik Qüvvələri və ona bağlı YPG qruplaşmalarının silahı yerə atmalıdır.
Tam oxu
Xəbəri oxu