Icma.az
close
up
RU
ABŞyə ismarıc: Ərdoğan Suriyada PKK/YPGnin silahı buraxmaması təqdirində...

ABŞyə ismarıc: Ərdoğan Suriyada PKK/YPGnin silahı buraxmaması təqdirində...

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Hər kəs əlini Suriyadan çəksin, həm İŞİD-i, həm də YPG-ni ən qısa zamanda darmadağın edəcək gücümüz var. Bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.

Ərdoğan deyib ki, hər kəs əlini Suriyadan çəksin. Suriyalı qardaşlarımızla birlikdə İŞİD, YPG və digər terror təşkilatlarının başlarını qısa zamanda əzəcəyik.


Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, Rəcəb Tayyib Ərdoğan bu çıxışı ilə dünyaya və Amerika Birləşmiş Ştatlarına ismarıc yönləndirərək ABŞ-nin Suriyada PKK/YPG güclərinin silahı buraxmasına vadar etməsə, həmin zaman Türkiyə birmənalı şəkildə Suriyada həmin qruplaşmalara qarşı yeni əməliyyat həyata keçirəcəyini bildirir:


“Hazırda Türkiyə-Suriya sərhədində böyük miqdarda türk qoşunları və texnikası yığılıb. Onlar sadəcə olaraq prezidentdən start əmri gözləyirlər. Məsələ burasındadır ki, dekabrın 8-də Suriyada yeni bir reallıq yarandı. Əvvəlki rejim dəyişdi və Əhməd əl-Şaranın başçılıq etdiyi yeni hamikiyyətin qarşısında bir sıra çağırışlar var. İlk növbədə bura ölkənin yenidən qurulması və bərpası, eyni zamanda beş milyona yaxın qaçqının geri qayıtması məsələsi, ölkənin iqtisadi cəhətdən inkişafı və Suriyanın ərazi bütövlüyünün təmin olunması daxil idi. Bu Suriyanın hər bir nöqtəsində Dəməşq hökümətinin nəzarətinin mövcud olması deməkdir. Ona görə də Suriyanın Şimal Şərqində ölkə ərazisinin təxminən 1/3-nə nəzarət edən  Suriya Demokratik Qüvvələri və ona bağlı YPG qruplaşmalarının silahı yerə atmalıdır. Suriya Türkiyənin dəstəyi ilə buna çoxdan nail ola bilərdi. Lakin ortada ABŞ faktoru mövcuddur. Dekabrda Amerikanın iki minə yaxın əsgərinin Suriyada mövcud olduğu məlum oldu. Onlar da YPG qruplaşmasını dəstəkləyirlər. Digər tərfdən YPG qruplaşmalarının nəzarət etdiyi ərazilər neft və qazla zəngindir. Dolayı yolla desək Amerika həm də Suriyanın neft və qaz resurslarına sahibdir. Bu isə hazırki höküməti heç bir halda qane etmir. Buna görə də Şam höküməti ilə YPG qruplaşmaları arasında bir neçə həftə görüşmələr baş verib”.


Ekspert qeyd edib ki, yeni hökümətin tələbi YPG-nin silahı yerə qoyması və Suriya cəmiyyətinə inteqrasiya olunmasıdır:

“Eyni tələbi Türkiyə tərəfi də irəli sürmüşdü. Amma görünən odur ki, YPG şərtlərlə hələ razılaşmayıb. YPG-nin şərti isə bundan ibarətdir ki, ayrıca silahlı qruplaşma şəklində Suriya ordusunda yer alsın və hazırki ərazilərdə öz mövcudluğunu davam etdirsin. Həmçinin həmin ərazilərdə olan neft və qaz gəlirlərinin yarısını öz nəzarətində saxlasın. Təbii ki, Suriya hökuməti belə bir güzəşti etmək niyyətində deyil. Çünki bu ilk növbədə hökümətin zəifliyini göstərər və ölkənin suverenliyini təhdid altına alar. Hələ ki, danışıqlar davam edir. Danışıqlar zamanı YPG təklifləri qəbul etmədiyinə görə Türkiyə tərəfindən haqlı təzyiqlərə məruz qalır. Düşünürəm ki, Türkiyə danışıqları Amerika ilə də masa arxasında davam etdirir. Donald Tramp hakimiyyətə gəldikdən sonra danışıqlar daha intensiv şəkildə gedəcək. Türkiyənin əlində digər faktor isə Abdullah Öcalandır və ondan istifadə edə bilər. Abdullah Öcalan ev dustaqlığına buraxıldıqdan sonra bütün radikal qruplaşmalara çağırış edərək silahları buraxmasını özündə ehtiva etmə ehtimalı var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Yanvar 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri