Abubakar “Qarabağ”a yox, “Sarıyer”ə gedir

05.08.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

Ötən mövsümü “Hatayspor”da keçirən Vensan Abubakarın “Qarabağ”a keçəcəyi iddiaları təsdiqini tapmayıb.

İdmanxeber.az xəbər verir ki, kamerunlu hücumçu karyerasını Türkiyə 1-ci Liqasında davam etdirəcək. 33 yaşlı futbolçu “Sarıyer” klubu ilə 1 illik müqavilə imzalamağa razılaşıb.

Abubakar daha əvvəl “Koton Sport”, “Valansyen”, “Loryen”, “Beşiktaş”, “Porto” və “Əl-Nəsr” kimi klublarda çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью