Abubakar “Qarabağ”a yox, “Sarıyer”ə gedir
Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.
Ötən mövsümü “Hatayspor”da keçirən Vensan Abubakarın “Qarabağ”a keçəcəyi iddiaları təsdiqini tapmayıb.
İdmanxeber.az xəbər verir ki, kamerunlu hücumçu karyerasını Türkiyə 1-ci Liqasında davam etdirəcək. 33 yaşlı futbolçu “Sarıyer” klubu ilə 1 illik müqavilə imzalamağa razılaşıb.
Abubakar daha əvvəl “Koton Sport”, “Valansyen”, “Loryen”, “Beşiktaş”, “Porto” və “Əl-Nəsr” kimi klublarda çıxış edib.

Vensan Abubakar Qarabağ a keçməyə çox yaxındır
20 May 2025 11:08
"Qarabağ"dan Abubakar AÇIQLAMASI
15 May 2025 11:33
Qarabağ Sumqayıt a, Neftçi Kəpəz ə qarşı
04 May 2025 08:01
“Qarabağ” “Sumqayıt”a, “Neftçi” “Kəpəz”ə qarşı
04 May 2025 11:48
“Qarabağ” “Səbail”ə “Sabah” “Sumqayıt”a qarşı
27 Fevral 2025 11:32

